BAKI, 14 aprel — Sputnik. İtlər bir sıra təhlükəli xəstəliklərin daşıyıcısıdır, bəziləri insanlar üçün ölümcüldür. RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Rusiya Kinologiya Federasiyasının prezidenti Vladimir Qolubev deyib.
Qolubevin sözlərinə görə, itlərin daşıdığı xəstəliklərə exinokokkoz, quduzluq və hətta vərəm də daxildir. “Bəli, itlər də vərəm xəstəliyindən əziyyət çəkirlər, onu insanlara ötürə bilərlər. Ev heyvanları qida yolu ilə, məsələn, xəstə heyvanın ətini yemək, heyvanın və ya insanın hava damcıları ilə yoluxa bilər”, - agentlik Qolubevdən sitat gətirir.
Eyni zamanda, insanın özü də ev heyvanını yoluxa bilər.
Kinoloq it sahiblərini öz vəziyyətlərinə nəzarət etməyə və peyvəndləri öz mülahizələri ilə heç vaxt ləğv etməməyə çağırıb - yalnız baytarla məsləhətləşdikdən sonra