DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

NATO Arktikada Rusiya ilə qarşıdurmaya hazır deyil

NATO əsas diqqəti üzv ölkələri ÜDM-in 2%-ni müdafiəyə xərcləməyə yönəldib, lakin buzla gücləndirilmiş donanmanın yaradılması xərcləri alyansın minimum qüvvə tələblərinə daxil deyil.
Sputnik
BAKI, 14 aprel — Sputnik. Şimali Atlantika Alyansı Arktikada Rusiya ilə qarşıdurmaya hazır deyil. Bu fikri Vaşinqtondakı Hudson İnstitutunun (Rusiya Federasiyasında arzuolunmaz təşkilat kimi tanınır) tədqiqatçısı Lizelotte Odqaard "Foreign Policy" jurnalı üçün yazdığı məqalədə bildirib.
"NATO üzvləri 2024-cü ilin ən böyük hərbi təlimi olan "Steadfast Defender 2024"də iştirak etsələr belə, aydındır ki, alyans Arktikada Rusiya ilə qarşı-qarşıya gəlməyə tam hazır deyil. Ekspert alyansın Arktika regionunda mövqelərini zəiflədən əsas amillər kimi NATO ölkələri arasında hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı müdafiə qabiliyyətinə malik buzla gücləndirilmiş gəmilərin olmaması olduğnu bildirib.
"Şimali Amerikanı vurmağa qadir olan Rusiya nüvə sualtı qayıqları Barents dənizindən, Skandinaviya ölkələri ilə Şppbard arasında və şərqi Qrenlandiyanın sahilləri boyunca buzun altından görünmədən keçə bilər. Bu, NATO-nun müdafiə mövqeyində böyük boşluq yaradır", - Odqaard bildirib.
Bundan əlavə, o, Arktikada digər alyans ölkələri üçün ciddi məsuliyyət daşıyan Danimarka və Norveç də daxil olmaqla, region ölkələrinin məhdud müdafiə büdcəsinə malik olduqlarını və bu sahədə xərcləri artırmağa hazır olmadıqlarına diqqət çəkib.
"NATO əsas diqqəti üzv ölkələri ÜDM-in 2%-ni müdafiəyə xərcləməyə yönəldib, lakin buzla gücləndirilmiş donanmanın yaradılması xərcləri alyansın minimum qüvvə tələblərinə daxil deyil", - ekspert yazıb.
Odqaard NATO-nun Arktika strategiyasının işlənib hazırlanması, silahlı qüvvələr üçün tələblərin nəzərdən keçirilməsi və yenilənməsi və bu sahədə texnologiyaların hazırlanmasının zəruriliyinə diqqət çəkib.
"Finlandiya və İsveçin NATO-ya üzvlüyü alyansın Arktikadakı imkanlarını gücləndirsə də, bu regionda hələ çox iş görülməlidir", - ekspert yekunlaşdırıb.