SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Azərbaycan İranla İsrail arasında artan gərginlikdən dərin narahatdır

Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında deyilir.
Sputnik
BAKI, 14 aprel - Sputnik. Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında deyilir.
"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - XİN qeyd edib.
19.10.23
“Bölgə barıt çəlləyinə bənzəyir, partlayışın baş verməsi, vəziyyətin nəzarətdən çıxması ehtimalı var”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 19-da Səudiyə Ərəbistanının Ciddə şəhərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
O, İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclasında müzakirə olunan məsələlərdən, HƏMAS-İsrail qarşıdurması nəticəsində baş verən hadisələrdən danışıb.
Nazir bildirib ki, iclasda hərbi cinayətlərə dərhal son qoyulmasının vacibliyi ilə bağlı razılıq əldə olunub.