DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden: İranın İsrailə hücumu uğursuz oldu

Bayden Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib.
Sputnik
BAKI, 14 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub, yəhudi dövləti qələbə qazanıb.
Bu barədə "Report" məlumat verir.
Bayden İsrailin Baş naziri Binyamin Netanyahu ilə söhbətində deyib ki, İranın hücumu uğursuz olduğu üçün yəhudi dövləti bu günü qələbə hesab edə bilər. Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun üstün hərbi imkanlarını nümayiş etdirir.
Telekanal ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verib ki, Bayden Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib.