BAKI, 13 aprel — Sputnik. Hamının bildiyi kimi daha yüksək təhsil səviyyəsinə malik olan insanlar, bir qayda olaraq, daha uzun yaşamağa meyllidirlər. Təhsil qocalmanı yavaşlatır.
Bu barədə "JAMA Network Open" jurnalı məlumat yayıb.
"Əbədi yaşa, əbədi öyrən" hikmətli kəlam əslində qocalıqda belə biliyin əldə edilə bilinməsini nəzərdə tutur. Lakin Kolumbiya Universitetində aparılan araşdırmalardan sonra bu kəlam başqa məna kəsb edib. Amerikalı alimlər insanların daim bilik əldə etməsinin erkən qocalığa (75-90 yaş) qədər yaşamağa kömək etdiyini kəşf etdikdə təəccübləniblər: məlub olub ki, nə qədər çox təhsil alsan (bilik əldə etsən), bir o qədər çox yaşayarsan. "Əbədi öyrən, əbədi yaşa" başqa sözlə.
Amerikalılar 1948-ci ildən etibarən "Framingham Heart Study" layihəsi çərçivəsində həmkarları tərəfindən aparılan 3 mindən çox həmvətənindən ibarət böyük bir qrupun müşahidələri zamanı toplanan məlumatları təhlil ediblər. Məhz o zaman məlum olub ki, vaxtından əvvəl məktəbi tərk etməyənlər daha uzun və sağlam yaşayıblar. Üstəlik, təhsili davam etdirənlərin orqanizm hüceyrələri daha az bitkin olub.
"Məktəbdə əlavə iki illik təhsil qocalmanı orta hesabla 2-3 faiz yavaşlatır", – "JAMA Network Open" jurnalında tədqiqatçılar bildirirlər.
Müəlliflər qeyd ediblər ki, daha yüksək təhsil səviyyəsi olan insanlar daha uzun yaşamağa meyllidirlər.