Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub

Müdafiə Nazirliyi Ermənitanın növbəti təxribatı barərə məlumat yayıb.
Sputnik
BAKI, 13 aprel - Sputnik. Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.
12.04.24
Ermənistan tərəfindən sərhəddə təxribatlar davam edir. Müdafiə nazirliyindən verilən məlumata görə, aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", - məlumatda bildirilir.