“Bəli, (xarici qüvvələrin MDB ölkələrinin işlərinə qarışması mövzusu - red.) dar tərkibdə keçirilən görüşdə müzakirə olunub.... Hər kəs hər şeyi yaxşı başa düşür. Birləşmiş Ştatlar və onun "peykləri" ümumi məkanımızın bütün regionlarını işğal etməyə, Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaları pozmağa çalışır və Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmir. Rusiyanın", - Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Böyük təzyiq altında müttəfiqlərimiz və strateji tərəfdaşlarımız MDB, KTMT, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əsaslandığı bütün əsas prinsiplərə sadiq qalırlar. Əminəm ki, strateji baxımdan Qərb xətti iflasa məhkumdur”, - deyə nazir vurğulayıb.