RUSİYA

MDB XİN başçıları Şurasının növbəti iclası oktyabrın 7-də Moskvada keçiriləcək

Belarusun paytaxtı Minskdə MDB xarici işlər nazirləri şurasının növbəti iclası keçirilir.
Sputnik
BAKI, 12 aprel - Sputnik. MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası 2024-cü il oktyabrın 7-də Moskvada keçiriləcək. Bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.

“Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2024-cü il oktyabrın 7-də Moskvada keçirilməsi qərara alınıb”, - Lebedev Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının geniş tərkibdə iclası zamanı deyib.

Onun sözlərinə görə, MDB xarici işlər nazirliklərinin nümayəndə heyətlərinin rəhbərləri arasında məhdud formatlı ünsiyyət zamanı vaxtın çox hissəsi beynəlxalq gündəlikdəki aktual məsələlər və Birlik çərçivəsində qarşılıqlı fəaliyyət üzrə səmimi fikir mübadiləsinə sərf olunub.
Bu gün Belarusun paytaxtı Minskdə MDB xarici işlər nazirləri şurasının iclası işinə başlayıb.
İclasda Xarici işlər orqanlarının rəhbərləri beynəlxalq gündəlikdəki aktual məsələlər və MDB formatında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
MDB xarici işlər nazirləri şurasının növbəti iclası
Xarici İşlər Nazirləri Şurasının üzvləri geniş tərkibdə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi” vahid yubiley medalının təsis edilməsi məsələsini müzakirə etmək niyyətindədirlər.
İclas iştirakçıları, həmçinin Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərə göndərilən nümayəndə heyətlərinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi, MDB-nin 2025 və 2026-cı illərdə idman paytaxtlarının elan edilməsi, MDB-nin əsas təşkilatları statusunun verilməsi haqqında qərarlar qəbul edəcəklər. Birlik ölkələri hərbi təhlükəsizliyin təmin edilməsi problemlərinin tədqiqi, həmçinin universitet idmanı sahəsində və məhkəmə sistemləri üçün kadrların hazırlanması və ixtisasların artırılması sahəsində fikir mübadiləsi aparacaqlar.
İclasda nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planının və 2023-cü ildə MDB dövlətlərinin xarici işlər nazirlikləri arasında tərəfdaşlıq əlaqələrinin intensivləşdirilməsi üzrə fəaliyyət proqramının icrasına yekun vurulacaq.
Bundan əlavə, toplantıda jurnalistlərin peşə fəaliyyəti üçün təhlükəsiz şəraitin təmin edilməsi və hüquqlarının pozulmasının qarşısının alınması, o cümlədən 2024-cü il martın 22-də Rusiyanın Moskva vilayətində törədilmiş terror aktı barədə bəyanatın qəbulu nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.