FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Dünya kosmonavtikasının tarixə düşən simaları

Bu gün, 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.
Sputnik
BAKI, 12 aprel — Sputnik. Altmış ildən çox öncə, 1961-ci il aprelin 12-də ilk insan - Yuri Qaqarin Yerin Orbitinə yola düşüb. Göyərtəsində Sovet vətəndaşı olan "Vostok-1" kosmik gəmisi Yer ətrafında bir dövrə vurub. Uçmağa hazırlaşan kosmonavt startda məşhur olan "Getdik!" kəlməsini səsləndirib. Məhz həmin vaxtdan bəri kosmosun tədqiqi başlayıb.
Sputnik Azərbaycan kosmosun tədqiqinə əvəzsiz töhfələr verən görkəmli alim və kosmonavtların fotoşəkillərindən olan seçmələri təqdim edir.
1 / 13

Sovet alimi Konstantin Tsiolkovski öz emalatxanasında raket texnologiyası ilə.

2 / 13

Sergey Pavloviç Korolyov 1960-cı ildə kosmosa uçmazdan əvvəl itlə.

3 / 13

SSRİ-nin pilot-kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Yuri Alekseyeviç Qaqarin təyyarə modeli ilə, 1961-ci il.

4 / 13

Sovet kosmonavtı German Titov kosmosa uçuşa hazırlıq zamanı. Titrəmə masası təlimi, 1961-ci il.

5 / 13

Kosmik stansiya komandiri Yuri Usaçyov və kosmonavt Talqat Musabəyov 2001-ci ildə Beynəlxalq Kosmik Stansiyada (BKS) Kaliforniya milyonçusu Dennis Titonu salamlayır.

6 / 13

Kosmonavt Aleksey Leonov açıq kosmosda.

7 / 13

BKS-də ilk uzunmüddətli ekspedisiyanın üzvləri.

8 / 13

Dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkova avtoqraf verir.

9 / 13

SSRİ-nin pilot-kosmonavtı Andriyan Nikolayev uçuş zamanı "Soyuz-9" kosmik gəmisinin kabinəsində.

10 / 13

Kosmonavt Brüs Makkendless MMU-dan istifadə edərək kosmosa çıxış edir.

11 / 13

ABŞ astronavtı Con Yanq.

12 / 13

Amerikalı astronavt Nil Armstronq Ayda gəzinti zamanı.

13 / 13

Kosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və rejissor Klim Şipenko BKS-də.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.