Ənənəyə görə Azərbaycanın hər yerində çay çox vaxt armudu stəkanda süfrəyə təqdim edilir və bu stəkanların çoxu şüşədən olur. Armudu stəkanlar çini, fayans, gümüşü ola bilər, lakin janrın klassikası şüşə və büllur olaraq qalır.
Ancaq eksklüziv rəsm ilə keramik armudu stəkanlar artıq eksklüziv suvenirə çevrilib. İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində keramikaçı-dizayner Şəms Ağaverdiyeva məhz belə stəkanları boyayır. Sputnik Azərbaycan zəhmətli işin gedişatını lentə almağa müvəffəq olub.