BAKI, 11 aprel — Sputnik. Yayda Moskva küçələrində pilotsuz rejimdə tramvay hərəkət edəcək və əvvəlcə nəqliyyat vasitəsində sürücü olacaq.
Bunu Moskva merinin nəqliyyat məsələləri üzrə müavini Maksim Liksutov jurnalistlərə deyib.
"Moskva hökuməti sürücü olmadan tramvayı idarə etmək üçün texnologiya hazırlayır. Tramvay artıq depoya qədər getməyi bacarıb. Bu ilin yayında isə tramvay pilotsuz rejimdə Moskvanın küçələrində hərəkət edəcək. Sürücünün əvvəlcə tramvayı idarə etməsi aydındır, lakin gələcəkdə onun tam avtomatik rejimdə işləyəcəyinə inanırıq" - Liksutov bildirib.
O qeyd edib ki, bu, tamamilə Moskva hökumətinin istehsalıdır.
"Ümid edirik ki, yaxın bir neçə ildə pilotsuz rejimdə olan bu cür vaqonların sayı artacaq" - mer müavini əlavə edib.