BAKI, 11 aprel — Sputnik. Aprelin 11-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 11-də kimlər dünyaya gəlib?
İsmayıl Osmanlı (1902 - 1978) – Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artistidir. O, 1929-cu ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb.
İsmayıl Osmanlı
© Photo : Azerbaijanfilm
Ağasəlim Mircavadov (1947) - Azərbaycanın əməkdar məşqçisidir. O, uzun illər Azərbaycan SSR-in ən titullu “Neftçi” (Bakı) klubunun heyətində çıxış edib.
Ağasəlim Mircavadov
© Photo : APA
Emil Kio (1894 - 1965) - sovet sirk ifaçısı, illüziyaçı, RSFSR xalq artisti və illüziya tamaşalarının yaradıcısıdır.
Emil Kio
© Sputnik / Анатолий Гаранин
Valeri Qarkalin (1954 – 2021) - Rusiyanın teatr və kino aktyoru, RF xalq artistidir. O, “Qızlar, aramızda”, “Yol polisləri”, “Oyun kralları” və s. filmlərdə rol alıb.
İrina Bezrukova (1965) - Sovet və Rusiya teatr və kino aktrisası, teleaparıcıdır. Aktrisa “Tam kontakt”, “Müvəqqəti olaraq əlçatmaz”, “Ailə şəraiti” və s. filmlərdə oynayıb.
Alessandra Ambrosio (1981) braziliyalı supermodeldir. O, daha çox “Victoria's Secret”dəki işi ilə tanınır və bir çox dünya brendlərilə əməkdaşlıq edib.
Alessandra Ambrosio
© AFP 2024 / Angela Weiss
Aprelin 11-də dünyada baş verən tarixi hadisələr
1857-ci ildə II Aleksandr Rusiya İmperiyasının gerbini - ikibaşlı qartalı təsdiqləyib. Həmçinin Rusiyanın birliyini və qüdrətini simvolizə edən Böyük, Orta və Kiçik dövlət gerblərinin bütün dəsti də təsdiq edilib.
1909-cu ildə İsraildə bir il sonra adı Tel-Əviv adlandırılan şəhərin əsası qoyulub.
1970-ci ildə ABŞ-ın “Apollo 13” kosmik gəmisi havaya buraxılıb. İki gün sonra Yerdən 330.000 kilometr məsafədə olan gəminin maye oksigen çəni partlayıb və komanda modulunun ekipaj bölməsini enerji ilə təmin edən üç yanacaq elementi batareyasından ikisi sıradan çıxıb. Nəticədə astronavtlar xidmət modulunun hərəkətverici mühərrikindən və həyat təminatı sistemlərindən istifadə edə bilməyiblər. Astronavtların ixtiyarında yalnız bütöv Ay modulu qalıb. Onun mühərrikindən istifadə edərək trayektoriyanı elə tənzimləməyə müvəffəq olublar ki, Ay ətrafında uçduqdan sonra gəmi Yerə qayıdıb və astronavtlar faciədən xilas ola biliblər. Astronavtlar aprelin 17-də Yerə qayıdıblar.
2018-ci ildə Əlcəzairdə İl-78 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 257 nəfər həlak olub.
11 aprel Ümumdünya Parkinson xəstəliyi ilə mübarizə Günüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təklifi bu gün ilə illərdir qeyd olunur.