RUSİYA

Kiyev rejimi terrorçular vasitəsilə Rusiyada qəddar cinayətlər törədir

Bortnikov qeyd edib ki, ukraynalı neonasistlər və onların qərbli himayədarları Rusiya ərazisində ən vəhşi cinayətlərin törədilməsini təşkil edirlər.
Sputnik
BAKI, 11 aprel — Sputnik. Rusiya FTX-nin Ukrayna Rusiya Federasiyasında gizli terror təşkilatının üzvlərinin iştirakı ilə qəddar cinayətlər törədir, bunu Crocus City Halldakı terror aktı sübut edir. Bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzi FTX-nin direktoru Aleksandr Bortnikovun sözlərinə istinadən bildirir.
Moskvada MAK sədri Bortnikovun rəhbərliyi ilə müşavirə keçirilib. Müşavirədə hava hücumundan müdafiə vasitələrinin təmin edilməsində və Rusiya Federasiyasının yeni subyektlərinin təchizatında antiterror təhlükəsizliyi məsələləri müzakirə edilib.
"İclası açan Bortnikov qeyd edib ki, ukraynalı neonasistlər və onların qərbli himayədarları Rusiya ərazisində ən vəhşi cinayətlərin törədilməsini təşkil edirlər. Eyni zamanda, onlar cinayətlərin icraçısı kimi, beynəlxalq terrorçu təşkilatın üzvlərindən istifadə edirlər. Bunun sübutu Krasnoqorskda çoxsaylı dinc əhalinin itkisi ilə sonuncu baş vermiş faciəvi hadisələrdir" - məlumatda deyilir.
Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda Crocus City Hall konsert zalında terror aktı baş verib: hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıb və auditoriyanı yandırıblar. Son məlumatlara görə, 145 nəfər ölüb.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, bu, sadəcə olaraq dəqiqliklə planlaşdırılmış terror aktı deyil, dinc əhaliyə qarşı hazırlanmış və mütəşəkkil şəkildə kütləvi qətlidir. Rusiya Prezidenti vurğulayıb ki, bu cinayətin bütün günahkarları, təşkilatçıları və sifarişçiləri ədalətli və qaçılmaz cəzalarını alacaqlar.