BAKI, 5 aprel — Sputnik. Ağ Ev ABŞ Prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın (MTQ) ixracına dair yeni müqavilələrin bağlanmasını dayandırmaq qərarına yenidən baxmağa hazırdır.
Bu barədə "Reuters" xəbər verib.
Administrasiyanın mənbələrinə görə, ABŞ hakimiyyəti ABŞ Konqresinin Ukraynaya yeni yardım paketinin təsdiqlənməsinə nail olmaq üçün bu yolu keçmək istəyir.
Agentliyin məlumatına görə, Ağ Ev yaxın gələcəkdə qaz ixracına heç bir məhdudiyyət tətbiq etmədiyi üçün digər məsələlərlə yanaşı, pauzanı ləğv etməyə razılaşa bilər.
Aydınlaşdırılır ki, Ağ Ev MTQ ilə bağlı yekun qərarın qəbul edilməsi üçün konqresmenlərin Kiyevə kömək etmək barədə yekun təklifini gözləmək niyyətindədir.
Bundan əvvəl Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti və Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov ABŞ-ın yaxın gələcəkdə Ukrayna hakimiyyətinə Rusiyadan qazın Avropa İttifaqındakı alıcılara çatdırıldığı tranzit kəmərini bağlanması əmri verə biləcəyi ilə bağlı fikir bildirib.