BAKI, 11 aprel — Sputnik. Amerikalı qanunvericilər Kiyevə yeni yardımın təfərrüatlarını xəbərlərdən öyrənəcəklər.
Bu barədə konqresmen Marjori Teylor Qrin jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Onun sözlərinə görə, səsvermə gələn həftə baş tutacaq.
Qrin, həmçinin qeyd edib ki, onun respublikaçı həmkarları Ukraynaya bu xarici hərbi yardım paketinə nələrin daxil olduğunu bilmir, bütün xəbərləri mediadan öyrənirlər.
Daha əvvəl bildirilmişdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin ortalarından tez olmayaraq Kiyev rejiminə yeni yardım sorğusunu nəzərdən keçirəcək.