RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya SQ Ukraynada ABŞ-ın "Patriot" zenit-raket komplekslərini məhv edib

Ukrayna Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasında "Patriot" zenit-raket kompleksləri üçün buraxılış qurğularının 13 faizə qədərini itirib.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Rusiya ordusu ABŞ-ın Kiyevə verdiyi bir neçə "Patriot" zenit-raket kompleksini məhv edib.
Bu barədə "The Economist" jurnalı yazıb.
Britaniya nəşrində dərc edilən məqalədə iddia edilib ki, Ukrayna qoşunları bu zenit-raket komplekslərini "Xarkov kimi şəhərlərdə" istifadə ediblər.
Məhv edilmiş "Patriot"ların sayı barədə məlumat verilməyib.
Moskva dəfələrlə bəyan edib ki, Qərbin Kiyevə hərbi yardımı yalnız münaqişəni uzadır, silah isə qanuni hədəfə çevrilir.
Daha əvvəl bildirilib ki, Ukrayna Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zonasında "Patriot" zenit-raket kompleksləri üçün buraxılış qurğularının 13 faizə qədərini itirib. "Forbes"in məlumatına görə, Kiyev məhv edilmiş "Patriot" qurğularının dəyişdirilməsinə illərlə vaxt sərf edəcək.