"Crocus City"də terror aktı

RF XİN: Qərb mediasına “Crocus”dakı teraktda ölənlərin sayının açıqlanmaması tapşırılıb

Vurğulanıb ki, sözügedən hadisənin miqyası Qərb KİV-ində bilərəkdən kiçildilir.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Qərb mediasına "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayının açıqlanmaması tapşırılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb terror aktının real təşkilatçılarını gizlətməkdir.
Həmçinin, vurğulanıb ki, sözügedən hadisənin miqyası Qərb KİV-ində bilərəkdən kiçildilir.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında yerli "Piknik" rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı törədilib. Atəş açaraq binaya daxil olan silahlı şəxslər məkanı yandırdıqdan sonra hadisə yerindən qaçıblar.
Son məlumata görə, həmin terror aktı nəticəsində azı 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş və ya "hesaba qatılmamış" sayılır. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev daha əvvəl terror aktının sponsoru kimi Fransa Prezidenti Emmanuel Makronu göstərib.