"Crocus City"də terror aktı

Medvedev Qərb liderlərini "Crocus"dakı terror aktında şərik adlandırıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əmindir ki, terror aktında Amerika Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şoltsun əli var.
Sputnik
BAKI, 8 aprel — Sputnik. Qərb liderləri "Crocus City Hall"dakı terror aktında şərikdirlər.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X* sosial şəbəkəsindəki səhifəsində bildirib.
Siyasətçi əmindir ki, terror aktında Amerika Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Rişi Sunak və Almaniya kansleri Olaf Şoltsun əli var.
Medvedev, həmçinin "Ukraynalı banderaçıları" terror aktının əsl təşkilatçıları adlandırıb.
Bundan əvvəl Dmitri Medvedev demişdi ki, Qərb liderləri "Crocus"da terror aktına sponsorluq ediblər.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Brüssel Kiyev rejimi tərəfindən törədilən terror aktlarını məmnuniyyətlə ört-basdır edir, lakin edilən hər şeyin cəzası mütləq gələcək.