BAKI, 8 aprel — Sputnik. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
O bildirib ki, BQXK-nin həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq: "Ehtiyacı olan insanlara dəstəkyönlü işlərimiz davam etdiriləcək".
Qeyd edək ki, Xankəndi ofisi 2000-ci illərin əvvəllərində yaradılıb.
Xatırladaq ki, ötən ilin oktyabrında İlahə Hüseynova qeyd etmişdi ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 5 ofisindən heç biri, o cümlədən Xankəndidəki ofisi fəaliyyətini dayandırmayıb. O bildirib ki, Xankəndidə olan ofis də heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq: "Qurumun illik hesabatlarında da Qarabağ hər zaman Azərbaycanın ərazisi kimi qeyd olunub".