BAKI, 7 aprel - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova digər platformalarda Xarici İşlər Nazirliyinə şiddətli təzyiqlərdən bəhs edən Rutube video hostinqinin inkişafına verdiyi töhfəyə görə nazirlik adından milli "Feniks" mükafatını alıb.
Bu barədə RİA Novosti məlumat yayıb. .
Rutube mükafatı dost olmayan ölkələrin misli görünməmiş təzyiqləri qarşısında Rusiya platformasında yenidən uğurla çıxış edənlərə verilir.
“Baxmayaraq ki, biz başqa platformalarda da varıq, həqiqətən də bizə qarşı başlanmış amansız, tamamilə ədalətsiz informasiya müharibəsi şəraitindəyik... Bizi (bizim haqımızdakı informasiyaları - red.) nəinki oralardan yığışdırırlar, ən pisi odur ki, artıq yayımlanmış videodan nəyin silinə biləcəyini belə bilmirsiniz” - Zaxarova təqdimat mərasimində deyib. O, həmçinin hər kəsi Rutube-ə keçməyə və platformanı inkişaf etdirməyə təşviq edib.
O, Telegram kanalında mükafatın nazirliyə Rusiya hostinqinin inkişafına verdiyi töhfəyə görə verildiyini açıqlayıb.
Rutube bazar günü Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən beynəlxalq "Rusiya" sərgi və forumunda Qərb saytlarında bloklanan bloggerlər üçün ilk milli mükafat olan "Feniks"in təqdimat mərasimini keçirir. Mərasim Runetin 30 illik yubileyinin qeyd edilməsi çərçivəsində baş tutub.