İnsanlar keramika rəssamı haqqında eşidəndə saxsı qab və küp düzəldən ustanın obrazını təsəvvür edirlər. Təbii ki, yanılırlar. Gildən unikal heykəllər, məişət əşyaları, qab-qacaqlar, zinət əşyaları yaratmaq mümkündür.
Azərbaycanlı keramika üzrə mütəxəssis Şəhriyar Mərdiyev uşaqlıqda hansı peşənin sahibi olmaq istədiyini, nələri arzuladığını və gildən necə qeyri-adi şahmat fiqurlarının yaradılmasının mümkünlüyünü Sputnik Azərbaycan-la bölüşüb.
Usta bizə təkcə gillə necə işlədiyini deyil, həm də Bakının İçərişəhərdə ən qeyri-adi şahmat fiqurlarının necə ərsəyə gətirdiyini nümayiş edib.