AZƏRBAYCAN XƏBƏRLƏRİ

Aprelin 8-də ölkəyə dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Sputnik
BAKI, 7 aprel - Sputnik. Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.