DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniya kansleri Ukraynada müharibənin nə vaxt bitəcəyini açıqlayıb

Şolts bildirib ki, Rusiya ilə NATO arasında potensial münaqişə də daxil olmaqla, hər hansı eskalasiyanın qarşısını almağın ən yaxşı yolu “effektiv məhdudlaşdırma”dır.
Sputnik
BAKI, 7 aprel - Sputnik. Almaniya kansleri Olaf Şolts Almaniyanın Kiyevi dəstəkləmək səylərindən imtina etməyəcəyini bildirərək Qərbi Rusiya ilə müharibədə Ukraynanı dəstəkləməyə davam etməyə çağırıb.
Buxarestdə Avropa Sosial Demokratlar Partiyasının toplantısında çıxış edən Şolts bildirib ki, Rusiya ilə NATO arasında potensial münaqişə də daxil olmaqla, hər hansı eskalasiyanın qarşısını almağın ən yaxşı yolu “effektiv məhdudlaşdırma”dır.
“Ukraynadakı müharibə Rusiya Prezidenti Vladimir Putinin qoşunlarını geri çəkməyə qərar verdiyi an başa çatacaq. Lakin o, bu qərarı yalnız döyüş meydanında müharibədə qalib gələ bilməyəcəyini anladıqda verəcək. Ona görə də biz avropalılar öz təhlükəsizliyimizə və müdafiəmizə daha çox sərmayə qoyuruq ki, heç kim bizə hücum etməyə cürət etməsin. Bu həm də dar şəxsi maraqları bir kənara qoymaq və güclü və əsl Avropa müdafiə sənayesi qurmaq deməkdir”, - kansler vurğulayıb.