BAKI, 6 aprel — Sputnik. Komandoların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə komandoların kəşfiyyat cığırının dəf edilməsi məşğələsinin keçirilməsində məqsəd komandoların fiziki hazırlıqlarının yüksəldilməsi, döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, komandoların özlərinə inam və real döyüş şəraitində icra edəcəyi bütün praktiki fəaliyyətlərin öyrənilməsidir.
Düşmən üzərində mütləq qələbəni əldə etmiş Azərbaycan ordusunun komando bölmələri istənilən hava şəraitində və ərazi relyefində döyüş aparmaq qabiliyyətinə malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.