BAKI, 6 aprel — Sputnik. Fevralda Amerika Birləşmiş Ştatlarının Rusiyadan gübrə idxalı dəyər ifadəsində 158,5 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin iyun ayından bu yana maksimumdur. Bunu "RİA Novosti" ABŞ statistika xidmətinin məlumatlarına əsasən müəyyən edib.
Belə ki, fevralın sonunda ABŞ Rusiyadan ümumi məbləği 158,5 milyon dollar olan gübrə alıb. Əvvəlki maksimum keçən ilin iyununda əldə edilmiş, o zaman alışlar 158,7 milyon dollar təşkil etmişdi. Bu ilin yanvar-fevral ayları ərzində isə ABŞ gübrə alışını iki dəfədən çox artırıb.
Vaşinqton Moskvadan ən çox azot və kalium gübrələrini alır, onların tədarükü, demək olar ki, aydan aya fasiləsiz davam edir. Fevralda Rusiyadan 84 milyon dollarlıq azot gübrələri və 74 milyon dollarlıq kalium gübrələri idxal edilib.
ABŞ-da, həmçinin qarışıq mineral gübrələrə da tələbat var - fevralda onların tədarükü, təxminən 550 min dollar təşkil edib. Bundan əlavə, ölkə bəzən Rusiya Federasiyasından heyvan və ya bitki mənşəli gübrələr və fosfat gübrələri alır.
Ümumilikdə, ötən ilin nəticələrinə görə, Rusiya ABŞ-a, təxminən 1,4 milyard dollar dəyərində gübrə göndərib, ölkənin ümumi gübrə idxalında ikinci yeri tutur və 15% paya malikdir. Kanada 48% pay və 4,4 milyard dollar ixrac həcmi ilə birinci yerdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.