DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxıb

Sənəddə göstərilir ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb.
Bu barədə qərar ölkənin rəsmi qəzetində dərc olunub.
Sənəddə göstərilir ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək.
Qərar mətnində həmçinin, Rusiya bu sənəddən çıxdıqdan sonra NATO-nun həmin anlaşmanın qüvvəsini və digər dövlətlərin ona qoşulması ilə bağlı sorğuları dayandırdığı bildirilib.
Qeyd edək ki, Rusiya 1990-cı ildə imzalanan və alyansın tərkibindəki rəqib dövlətlərin sərhəd bölgələrində qoşun cəmləşdirməsini qadağan edən müqavilədən 2023-cü ildə çıxıb.
Avropada adi silahlı qüvvələr haqqında Müqavilə digər bir adı ilə Avropada adi silahların məhdudlaşdırılması müqaviləsi adlanır.
"Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya edib. 2007-ci ilin aprelin 26-da isə Moskva AASMM-dəki iştirakına və bu müqavilənin şərtlərinə əməl olunmasına birtərəfli moratorium tətbiq etmişdir.
2023-cü il mayın 10-da Rusiya Prezidenti Vladimir PutinAvropada Adi Silahlı Qüvvələr Müqaviləsinin denonsasiyası haqqında qanunun hazırlanmasına göstəriş verib. Mayın 29-da Putin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni denonsasiya edən qanunu imzalayıb.
Latviya, Litva və Estoniya isə ümumiyyətlə, AASMM-ə qoşulmayacaqlarını bəyan etdilər.
AASMM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər.
Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərirdi.