CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş yerlərinə sağlamlıq haqqında arayış verilməsi ilə bağlı yenilik edilib

Vətəndaşın sağlamlıq haqqında arayışı avtomatik şəkildə Əmək və Məşğulluq altsisteminə də inteqrasiya edilir.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Əmək və məşğulluq altsistemində yenilik edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, artıq müəssisələrə sağlamlıq haqqında arayış aparmağa ehtiyac yoxdur.
"Bunun üçün vətəndaş sağlamlıq haqqında arayış almalı olduğu ərazi üzrə tibb bölməsinə yaxınlaşmalıdır. Müayinədən keçdikdən sonra vətəndaşın sağlamlıq haqqında arayışı avtomatik şəkildə Əmək və Məşğulluq altsisteminə də inteqrasiya edilir. Bura bütün işəgötürənlər daxildir", - deyə məlumatda qeyd edilib.