VİDEO

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə niyə aşağı salıb?

Azərbaycan Mərkəzi Bankı son bir ildə ikinci dəfə uçot dərəcəsini aşağı salıb. Bunun inflyasiya göstəricilərinə necə təsir edəcəyi barədə daha ətraflı məlumat videomuzda.
Sputnik
Pul-kredit siyasətinin, xüsusən də pul resurslarının və investisiyaların çatışmazlığı şəraitində yumşaldılması müsbət addımdır.
Bunu Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində qeyd edib.
İqtisadçı əminliklə bildirib ki, pul-kredit siyasətinin tənzimlənməsi və yumşaldılması mexanizmləri şaxələndirilməlidir. Bununla yanaşı, iqtisadiyyatın kreditləşdirilməsi üçün əlavə kanallara ehtiyac var.
"Mərkəzi Bankın investisiya siyasətinin maliyyələşdirilməsi üçün daha geniş bir sistem tətbiq etməsi lazımdır, çünki bank sektorunun rolu və vəzifəsi nəticədə pul yaratmaq və iqtisadiyyatın real, istehsal sektoruna ötürməkdir" - Məmmədov fikrini yekunlaşdırıb.