CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 4 aprel – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün də tarixə düşən hadisələr baş verib.
Aprelin 4-də kimlər dünyaya gəlib?
Əli Zeynalov (1913-1988) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktyorudur. O, "Kölgələr sürünür", "Bir qalanın sirri", "Bəxtiyar", "Səhər", "Telefonçu qız" və s. filmlərdə rol alıb.
Əli Zeynalov
Muxtar Maniyev (1935-2016) - Azərbaycanın xalq artisti və kino aktyorudur. O, "Bizim Cəbiş müəllim", "Nəsimi", "İnsan məskən salır" kimi bir çox filmlərdə 150-yə yaxın obrazları canlandırıb.
Muxtar Maniyev
Elina Bıstritskaya (1928-2019) - Rusiya teatr və kino aktrisası, müğənni və SSRİ xalq artistidir. Aktrisa "Sülh günlərində", "Yarı qalan povest", "Sakit Don", "Könüllülər" və s. filmlərdə rol alıb.
Elina Bıstritskaya
Andrey Tarkovski (1932-1986) - Sovet kinorejissoru və ssenaristi, RSFSR xalq artistidir. O, XX əsrin ən böyük kinorejissorlarından biridir. 1980-ci ildən Qərbi Avropada işləyib. Artist "Andrey Rublyov", "Solyaris", "Güzgü" və "Stalker" kimi filmlərin müəllifidir.
Andrey Tarkovski
Kiçik Robert Dauni (1965) amerikalı aktyor və musiqiçidir. Aktyor "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Saturn" mükafatlarının qalibidir. O, "Dəmir adam-2", "Qisasçılar", "Dəmir adam-3", "Qisasçılar: Altron erası" və s. filmlərdə rol alıb.
Kiçik Robert Dauni
Hit Ledcer (1979-2008) - avstraliyalı aktyor, fotoqraf və klipmeykerdir. O, "Sənə nifrət etdiyim 10 şey", "Vətənpərvər", "Cəngavərin nağılı", "Canavar topu" və s. filmlərdə oynayıb.
Hit Ledcer
Aprelin 4-də dünyada baş verən tarixi hadisələr
1919-cu ildə İtaliyada Roma - Neapol sərnişin hava yolları fəaliyyətə başlayıb. Daşınma dirijabllarla həyata keçirilib.
1949-cu ildə NATO - Şimali Atlantika Müqaviləsi Təşkilatı (North Atlantic Treaty Organization) yaradılıb. Bu təşkilatın təsisçiləri Vaşinqton Müqaviləsini imzalayan 12 Avropa və Şimali Amerika ölkəsi olub.
1968-ci ildə ABŞ-ın məşhur insan haqları müdafiəçisi Martin Lüter Kinq 39 yaşında sui-qəsd nəticəsində öldürülüb. O, 1964-cü ildə irqi ayrı-seçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh Mükafatına layiq görülüb və tarixin 100 ən məşhur şəxsiyyəti siyahısına daxil edilib.
1992-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb.
4 aprel Beynəlxalq İnternet Günüdür. Bu tarix 20 cilddən ibarət ilk "Etymologiae" ensiklopediyasını yaradan, şagird və tələbələrin himayədarı olan Müqəddəs İsidor Sevilskinin vəfatı günü ilə əlaqədardır. Həmçinin, 4.04 tarixi HTTP 404-ə çox bənzəyir. 1998-ci ildə Katolik Kilsəsi Ümumdünya Şəbəkəsini insan biliklərinin xəzinəsi kimi tanıyıb.
Məhz bu gün Beynəlxalq Mina Maarifləndirilməsi və Minalardan Təmizləmədə Yardım Günü 2005-ci ildən bütün dünyada qeyd edilir. Məqsəd təhlükə haqqında qlobal məlumatı artırmaq və hökumətləri minalardan təmizləmə proqramları hazırlamağa təşviq etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.