RUSİYA

Rusiya NATO ilə münaqişəyə girmək niyyətində deyil

Moskva alyansın Avropadakı qüvvələrinin güclənməsindən dəfələrlə narahatlığını bildirib. Eyni zamanda, Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin təhlükə yarada biləcək hərəkətləri də diqqətdən kənarda qoymayacaq.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Rusiyanın NATO və ya ona üzv olan ölkələrlə hərbi münaqişəyə girmək niyyəti yoxdur.
Bunu Rusiya Federasiyasının Xarici işlər nazirinin müavini Aleksandr Qruşko "RİA Novosti"yə müsahibəsində bildirib.
"Hərbi blok Rusiya ilə açıq münaqişəyə hazırdırmı - biz bunu NATO üzvlərinin özlərindən soruşmalıyıq. Hər halda bizim alyansa üzv olan ölkələrlə bağlı belə bir niyyətimiz yoxdur" - diplomat bildirib.
Əlavə edək ki, Moskva alyansın Avropadakı qüvvələrinin güclənməsindən dəfələrlə narahatlığını bildirib. Eyni zamanda, Kreml qeyd edib ki, Rusiya Federasiyası heç kəsi təhdid etmir, lakin təhlükə yarada biləcək hərəkətləri də diqqətdən kənarda qoymayacaq.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi dost olmayan ölkələrin Rusiyaya qarşı hava-quru və ya hava-dəniz əməliyyatına başlaya biləcəyini bəyan etmişdi. Departament hesab edir ki, belə bir əməliyyatın başlanğıcı sürətli qlobal zərbə və eyni zamanda Rusiya Federasiyasının ərazisinə bir neçə kütləvi raket və hava zərbəsi ola bilər.