BAKI, 4 aprel — Sputnik. Qərb Moskvanın etimadını bərpa etmək üçün Rusiyaya strateji məğlubiyyət gətirmək illüziyalarından əl çəkməlidir.
Bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
Antonov, beləliklə, ABŞ dövlət katibi Entoni Blinkenin Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq şansları naminə Rusiyanın davranışını dəyişməli olduğu barədə bəyanatını şərh edib.
Diplomat öz növbəsində Qərbi diplomatiyanın əsaslarını, təhlükəsizliyin bölünməzliyi prinsipini tapdalamaqda və uzun illər Rusiya Federasiyasının etibarından sui-istifadə etməkdə ittiham edib.
Antonov qərbli həmkarlarını Rusiya tərəfinin etimadını bərpa etmək üçün digər dövlətlərin fundamental maraqlarına hörmət etməyi öyrənməyə çağırıb.
Bundan əvvəl Anatoli Antonov ABŞ lideri Co Baydenin Rusiya rəhbərliyi ilə bağlı açıqlamalarının ədəbsiz olduğunu bildirib.