BAKI, 3 aprel — Sputnik. Aprel ayında Fransa 1,5 minə yaxın əsgərini Ukraynaya göndərilmək üçün tam hazır vəziyyətə gətirə bilər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Parisin Ukraynaya göndəriləcək hərbi kontingent hazırlaması ilə bağlı yeni məlumatlar ortaya çıxır. Bu məqsədlə Fransa Xarici Legionunun komandanlığı martın əvvəlində təxminən 1,5 min nəfərlik batalyon-taktiki qrupun tərkibini təsdiqləyib", - Zaxarova bildirib.
"Gözlənilir ki, aprel ayında həmin qrup Ukrayna hərbi əməliyyatlar teatrın üçün tam döyüş hazırlığı vəziyyətinə gətiriləcək", o əlavə edib.
Fransa prezidenti Emmanuel Makron fevral ayında bildirmişdi ki, Aİ Ukraynanı orta və uzaq mənzilli raketlərlə təchiz edən "dərin zərbələr üçün doqquzuncu koalisiya" yaratmağa razılaşıb. O, həmçinin bildirib ki, Fransa Rusiyanın "bu müharibədə qalib gəlməsinin" qarşısını almaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Qərb ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək imkanını müzakirə ediblər, hələlik konsensus əldə olunmayıb, lakin heç nəyi istisna etmək olmaz. Martın əvvəlində müxalifət liderləri ilə görüş zamanı Makron Fransanın Ukraynaya yardım məsələsində "heç bir sərhədi və qırmızı xətləri olmadığını təkrarlayıb.
Makronun sözləri bir sıra NATO tərəfdaşları, o cümlədən Almaniya, eləcə də Fransanın özündəki siyasi qüvvələr tərəfindən kəskin tənqid edilib. Bütün siyasi partiyaların liderləri prezidenti Parisi münaqişəyə sürükləməkdə, qeyri-ciddilikdə günahlandırıb, həmçinin onu bu məsələlərdə parlamentlə məsləhətləşmədiyinə görə qınayıblar.
Kreml daha sonra bəyan edib ki, Makronun Ukraynaya hərbçilərin göndərilməsi mövzusunun Avropada müzakirə olunduğu və Ukraynada Rusiyaya strateji məğlubiyyətin verilməsi ilə bağlı mövqeyinin Moskvaya da yaxşı bəlli olması barədə sözlərinə diqqət yetiriblər. Onlar qeyd ediblər ki, Parisdə Ukrayna ilə bağlı tədbirdə iştirak edən bir sıra ölkələr belə bir hərəkətin potensial təhlükələrini və qaynar münaqişəyə birbaşa cəlb olunma təhlükəsini kifayət qədər ayıq şəkildə qiymətləndirirlər, bu, həmin ölkələrin maraqlara uyğun gəlmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.