HADİSƏ

Xocavənddə yol qəzası olub, xəsarət alanlar var

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Sputnik
BAKI, 2 aprel - Sputnik. Xocavənd rayonunun Cəmiyyət kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
"Report" xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitəsinin fəhlələri daşıdığı bildirilir.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan 8 nəfər xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı "Report"a təsdiqləyib.
O, bildirib ki, faktla bağlı araşdırma aparılır.