HADİSƏ

İstanbulda gecə klubunda yanğın zamanı ölənlərin sayı 29-a çatıb

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib.
Sputnik
BAKI, 2 aprel - Sputnik. İstanbulun Beşiktaş rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.
Yanğın zamanı 29 nəfər ölüb.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib.
Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, yanğınla bağlı istintaq başladılıb.
Klubda təmir işləri aparılırmış.