BAKI, 2 aprel - Sputnik. Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans- Adriatik boru xətti qitənin enerji təchizatında əhəmiyyətli problemlərlə üzləşdiyi bir dövrdə Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur.
"Report" xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias Bakıda Yunanıstanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.
"Artıq üç ildən çoxdur ki, Trans-Adriatik Boru Kəməri təbii qazı Azərbaycandan Yunanıstana, Bolqarıstana və İtaliyaya, eləcə də qonşumuz Turkiyə vasitəsilə dayanıqlı və etibarlı şəkildə nəql edir", - səfir qeyd edib.