"Crocus City"də terror aktı

Rusiya səfirliyi: Britaniya qəzetləri terror aktını karikatura mövzusuna çeviriblər

Səfirlik terror hücumundan siyasi xal toplamaq üçün istifadə etməyi əxlaqsızlıq, şəfqət hissindən məhrum olmaq və laqeydlik adlandırıb.
Sputnik
BAKI, 2 aprel — Sputnik. Britaniya qəzetlərinin Rusiyanın "Crocus City Hall" konsert zalında törədilmiş terror aktından cizgi filmləri yaratmaq üçün istifadə etməsi mənəviyyatsızlığın təzahürüdür.
Bunu Rusiyanın Londondakı səfirliyi bildirib.
Diplomatik missiyanın X* sosial şəbəkəsində yaydığı bəyanatda deyilir: "Rusiya yas tutarkən, Crocus City Hall faciəsi Britaniya qəzetlərində, o cümlədən "Guardian"da karikaturaların mövzusu kimi mənəviyyatsız şəkildə təqdim edilib.
Səfirlik terror hücumundan siyasi xal toplamaq üçün istifadə etməyi əxlaqsızlıq, şəfqət hissindən məhrum olmaq və laqeydlik adlandırıb.
"Yoxsa bu, yalnız rusiyalılardan söhbət getdiyi üçün normaldır? Yüksək əxlaqi prinsiplərə sahib olduqlarını iddia edənlər bunu daha yaxşı bilməlidirlər" - bəyanatda deyilir.
Bundan əvvəl Cənubi Koreyanın "The Korea Herald" qəzeti "Crocus City Hall"da terror aktı ilə bağlı karikaturaya görə üzr istəyib. Rəsm daha əvvəl Rusiyanın Seuldakı səfirliyi tərəfindən tənqid edilib, şəfqət hissindən çox uzaq olmaq və yüksək dəyərlərin təhqiri adlandırılıb. Diplomatik nümayəndəlik hesab edib ki, bu, rusiyalılarla dərdini bölüşənlərin hisslərini təhqir edir.
Xatırladaq ki, martın 22-də terrorçular "Krokus Siti Holl"un binasına soxularaq insanları atəşə tutmağa başlayıblar, sonra isə yanğın törədiblər. Terror aktında birbaşa iştirakda şübhəli bilinən dörd nəfər də daxil olmaqla 9 nəfər saxlanılıb. Son məlumata görə, "Krokus"da baş verən faciə zamanı 144 nəfər həlak olub.