RUSİYA

NATO-nun siyasəti Avropada vəziyyətin pisləşməsinə gətirib çıxaracaq

Rusiya dəfələrlə xəbərdarlıq edib ki, NATO-nun silahlı münaqişədə artan iştirakı nüvə gücləri arasında fəlakətli nəticələrlə birbaşa hərbi toqquşmaya səbəb ola bilər. Bunun məsuliyyəti isə alyansın üzərinə düşəcək.
Sputnik
BAKI, 2 aprel — Sputnik. NATO-nun Ukraynaya potensial hərbi personal göndərilməsi ilə bağlı "tabunu" aradan qaldıracağı təqdirdə Moskva hadisələrin istənilən inkişafına hazırdır.
Bunu Vyanada NATO-nun 75 illiyinə həsr olunmuş hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.
Diplomatın sözlərinə görə, Rusiya dəfələrlə xəbərdarlıq edib ki, NATO-nun silahlı münaqişədə artan iştirakı nüvə gücləri arasında fəlakətli nəticələrlə birbaşa hərbi toqquşmaya səbəb ola bilər. Bunun məsuliyyəti isə alyansın üzərinə düşəcək.
"Ölkəmizə qarşı həddindən artıq aqressiv xətt Avropada hərbi-siyasi vəziyyətin tamamilə pisləşməsinə gətirib çıxaracaq" - Qavrilov bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rumıniyadakı "Mixail Koqelniçanu" aviabazasının genişləndirilməsi NATO tərəfindən Şərqi Avropa və Qara dəniz regionunun hərbiləşdirilməsinin növbəti sübutudur. Rusiya XİN onu da qeyd edib ki, bütün bu hərəkətlər Rusiya sərhədlərinin perimetri boyunca gərginliyi gücləndirir və ölkə üçün yeni təhlükəsizlik təhlükələri yaradır.