RUSİYA

Lavrov: Heç bir vəhşi terror aktı rusları və belarusları qorxuda və ruhunu sındıra bilməz

Rusiya XİN rəhbəri deyib ki, ümumi çətin sınaqlar onları daha da gücləndirir, birləşdirir.
Sputnik
BAKI, 2 aprel — Sputnik. Ümumi çətinliklər rusları və belarusları daha çox birləşdirir, heç bir vəhşi terror hücumları bizi qorxuda və ruhdan sala bilməz. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Belarus XİN rəhbəri Sergey Aleyniki iki ölkə xalqlarının birliyi günü münasibətilə təbrikində deyilir.
Mətn Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
"Ümumi bayramımız - Rusiya və Belarus xalqlarının birliyi günü münasibətilə ən səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin", - nazir qeyd edib.
"Heç bir vəhşi terror aktı nəinki Xatın, hətta Krasnoqorskda nasist əlaltılarının qurbanları üçün eyni gündə yas saxlamağa məcbur olan rusların və belarusları qorxuda və ruhunu sındıra bilməz. Əksinə, ümumi çətin sınaqlar bizi daha da gücləndirir, birləşdirir", - Rusiya XİN rəhbəri vurğulayıb.