BAKI, 2 aprel — Sputnik. Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru Elbrus İbrahimov məlumat verib.
Bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.