BAKI, 1 aprel - Sputnik. İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi raket zərbələri nəticəsində 7 nəfər həlak olub.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) briqada generalı Məhəmməd Rza Zahedi və general Məhəmməd Hadi Hacı Rəhimi də var.
***
SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb.
Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin Dəməşqə hücumu nəticəsində SEPAH qüvvələrinin daha 6 üzvünün öldüyünü bildirib.
Bundan əvvəl isə bildirilib ki, İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimi öldürülüb.
***
Rəsmi Tehran Dəməşqdəki təmsilçiliyinə vurulan İsrail zərbəsinə cavab verib.
İslam Respublikasının XİN-i bəyan edib ki, İran Tel-Əvivin zərbəsinə cavab hüququnu özündə saxlayır və “təcavüzkarı” necə cəzalandırılacağına qərar verəcək.
Öz növbəsində İran xarici işlər naziri Abdullahian dünya ictimaiyyətini İsrailin hərəkətini kəskin pisləməyə çağırıb.
Eyni zamanda, İran KİV konsulluğa zərbə nəticəsində daha bir SEPAH generalının həlak olduğunu bildirir. TASNİM general Zahedinin müavini Məhəmməd Hadi Hacı Rəhiminin də hücumda öldüyünü qeyd edir.
İslam Respublikasının XİN-i bəyan edib ki, İran Tel-Əvivin zərbəsinə cavab hüququnu özündə saxlayır və “təcavüzkarı” necə cəzalandırılacağına qərar verəcək.
Öz növbəsində İran xarici işlər naziri Abdullahian dünya ictimaiyyətini İsrailin hərəkətini kəskin pisləməyə çağırıb.
Eyni zamanda, İran KİV konsulluğa zərbə nəticəsində daha bir SEPAH generalının həlak olduğunu bildirir. TASNİM general Zahedinin müavini Məhəmməd Hadi Hacı Rəhiminin də hücumda öldüyünü qeyd edir.
***
"Hücumda bir neçə iranlı diplomat və hərbi müşavir həlak olub. Onların adları daha sonra açıqlanacaq".
Bunu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib. Onun sözlərinə görə, "İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək".
"Hələlik dağıntıların tam təmizlənməsi aparılmayıb və 5-7 nəfərin öldüyünü güman edirik. Dəqiq rəqəmlər daha sonra açıqlanacaq" - o, bildirib.
Diplomat qeyd edib ki, iki polis də öldürülüb, hazırda adları açıqlanmayıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə telefon danışığında deyib ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına edilən hücuma görə bütün məsuliyyət İsrailin üzərinə düşür.
***
İsrailin hava zərbələri nəticəsində ölənlər var.
İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bu barədə deyib:
“İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə aldı. Təxminən yeddi nəfər öldürülüb. İndi heç bir ad açıqlaya bilmərəm”.
Rəsmi olmayan məlumatlara görə isə hücumda bir neçə iranlı diplomat ölüb.
Dövlət mediası daha əvvəl bildirmişdi ki, bu gün tətil olduğu üçün binada heç bir işçi olmayıb.
Suriya Müdafiə Nazirliyi İranın Dəməşqdəki konsulluq binasının İsrailin hücumu nəticəsində dağıldığını bildirib. Qeyd edilib ki, hücum nəticəsində binada olan bütün insanlar ölüb və ya yaralanıb (APA).
***
İsrail İranın Suriyadakı konsulluq binası və İran səfirinin iqamətgahının yaxınlığına hava zərbəsi endirib.
“Tasnim” agentliyinin məlumatına görə isə İsrail Dəməşqdə İran səfirliyinin yaxınlığındakı binaya hava zərbəsi endirib.
Bəzi mənbələr hücumda 6 nəfərin öldüyünü bildirir.
Hələlik rəsmi məlumat verilməyib.