DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ təlimatçıları Ermənistana gəlib

Amerikalı mütəxəssislər "Zinuj Media" dövlət qurumunun əməkdaşları ilə Müdafiə Nazirliyinin inzibati kompleksində təlim prosesi keçirəcəklər.
Sputnik
BAKI, 1 aprel — Sputnik. ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün Ermənistana gəlib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində planlaşdırılıb:
Amerikalılar aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin və "Zinuj Media" dövlət qurumunun əməkdaşları ilə Müdafiə Nazirliyinin inzibati kompleksində təlim prosesi keçirəcəklər".