QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xocalıda kütləvi məzarlıqda daha iki şəxsə aid qalıqlar aşkarlanıb

Qalıqlar tədqiq edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək.
Sputnik
BAKI, 31 mart - Sputnik. Hazırda Xocalı soyqırımı qurbanlarının sümüklərinin aşkarlandığı yerdən daha iki nəfərə məxsus olduğu ehtimal edilən qalıqlar var.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, hazırda ərazidə qazıntı işləri davam etdirilir. Rast gəlinən hər iki şəxsin sümükləri qablaşdırılaraq, Bakıya Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndəriləcək:

“Qazıntı işlərinə bu gün başlanılıb. Hələ ki, bir şəxsə məxsus sümük qalıqları aşkar olunub. Qazıntının divarının o biri tərəfində isə sümük qalıqlarının ucları görünür. Orda da ən azı yəqin ki, ikinci şəxsin qalıqları var. Hazırda işlər davam etdiriləcək. Burda neçə şəxsə məxsus sümük qalıqları var".

Direktor onu da bildirib ki, məhkəmə tibbi ekspertləri məzarlıq olan yerdə işləyirlər.
"Yaşı, cinsi, boyu, ölüm səbəbi, sümüklərdə hansı xəsarətlər var, varsa, hansı alətlərlə törədilib, bunlar aydınlaşdırılacaq. Sonda da sümüklərdən nümunələr götürüləcək və genetik laboratoriyalarda onların kimliyi müəyyənləşdiriləcək", - deyə Ə.Həsənov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.