RUSİYA

Ukrayna və Qərb siyasətçilərini məhkəmə kürsüsündə görmək hələ də real deyil - Krasnov

Rusiya Federasiyasının baş prokuroru Haqqında cinayət işi olan siyasətçilərdən danışarkən cəzanın qaçılmazlığı prinsipindən danışıb.
Sputnik
BAKI, 31 mart - Sputnik. Haqqında cinayət işi olan Ukrayna və Qərb siyasətçilərini məhkəmədə görmək hələ də real deyil. Bunu Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov Rusiya telekanalına müsahibəsində barələrində cinayət işi olan Qərb siyasətçilərinin məsuliyyətə cəlb edilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

“Onların hamısını ədalət kürsüsündə görmək hələ də real deyil, amma deyə bilərəm ki, bu araşdırmaların başqa tərəfi də var. Gələcəkdə reallıqda baş verən halları kimsənin təhrif etməsinin qarşısını almaq üçün neonasistlərin, onların kuratorlarının, ortaqlarının və ideoloji ilhamvericilərinin vəhşiliklərinə dair bütün sənədli sübutları toplamaq lazımdır", - deyə Krasnov vurğulayıb.

Baş prokuror həmçinin cəzanın qaçılmazlığı prinsipini xatırladıb.
"Gələcəkdə topladığımız bütün materialları ədalətli məhkəmədə baxılması üçün təqdim edəcəyik”, - Krasnov əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.