BAKI, 31 mart — Sputnik. İkinci əl geyim satışı 2025-ci ildə qlobal moda satışlarının 10 faizini təşkil edə bilər. Bu barədə "The Guardian" "GlobalData" analitik şirkətinin hesabatına istinadən məlumat yayıb.
Həmçinin qeyd edilib ki, qlobal işlənmiş geyim satışları 2023-cü ildə 18 faiz artaraq 197 milyard dollara çatıb. 2028-ci ilə qədər bu məbləğin 350 milyard dollara yüksələcəyi gözlənilir. Tədqiqatçılar bu tendensiyanı yaşayış böhranı və alıcıların planetdəki ekoloji vəziyyətlə bağlı narahatlıqları ilə əlaqələndirirlər.
"İnsanlara sərfəli lduğu üçün onlar ikinci əl əşyalar almağa çalışırlar" – "ThredUp" onlayn mağazasının həmtəsisçisi və baş icraçı direktoru Ceyms Reynhart bildirib.
O, qeyd edib ki, hazırda ikinci əl əşyalara maraq demək olar ki, bütün yaş qruplarının nümayəndələri arasında müşahidə olunur.
Xatırladaq ki, 2023-cü ilin avqustunda stilist və teleaparıcı Vladislav Lisovets rusiyalılara ikinci əl dükanlarından alış-veriş edərək geyinməyi məsləhət görüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.