BAKI, 28 mart — Sputnik. Böyük Britaniyanın Oksford Universitetinin alimləri beynin qocalması üçün yeni risk faktorları aşkar ediblər. "Nature Communications" jurnalında dərc olunan məqalədə bu barədə söhbət açılıb.
Tədqiqatçılar 45 yaşdan yuxarı 40 min insanın beyin skanının nəticələrini təhlil ediblər. Onlar 161 demensiya risk faktorunun beynin əvvəlki tədqiqatlarda müəyyən edilmiş xüsusilə həssas nahiyələrinə təsirini qiymətləndiriblər.
Bu, idrak funksiyalarından məsul olan sözdə yüksək səviyyəli bölgələr (ing. higher-order brain regions), ilk növbədə yaşa bağlı proseslərdən, neyrodegenerativ proseslərdən və şizofreniya kimi pozğunluqlardan təsirlənirlər.
Məlum olub ki, ürək-damar xəstəlikləri, şizofreniya, Alzhaymer və Parkinson xəstəliklərinin inkişafında iştirak edən yeddi gen çoxluğu yüksək nizamlı sahələrin pisləşməsi ilə sıx bağlıdır. Bundan əlavə, az öyrənilmiş Xg qan qrupu sisteminə aid iki antigenlə əlaqə müəyyən edilib. İndiyə qədər bu qan qruplarının klinik rolu qeyri-müəyyən olaraq qalırdı.
Beyin üçün ən çox zərər verən və dağıdıcı təsir edən genetik risk faktorları şəkərli diabet və alkoqolizmlə əlaqəli olanlar, eləcə də havanı çirkləndirən kimyəvi maddələrin təsirini modulyasiya edənlərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.