BAKI, 31 mart — Sputnik. Son günlər sosial şəbəkələrdə "Qarabağın alban-qıpçaq tarixinə dair" kitab müzakirələrə səbəb olub. Əslində sözügedən kitab 2021-ci çap olunub. Lakin 2023-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan tarixçiləri" İctimai Birliyi tərəfindən yenidən nəşr edilib.
Kitabın sosial media istifadəçilərinin diqqət mərkəzinə düşməsinə səbəb Azərbaycanın 44 günlük müharibədəki parlaq qələbəsindən sonra da ermənilərin Qarabağdakı xristian abidələrinin onlara məxsus olduğunu, Azərbaycanın guya onların qədim tarixi irsini məhv etdiyini iddia etməsidir. Qəribədir ki, ermənilərin Qərbdəki havadarları da bu yalanlara məmnuniyyətlə alət olur, müxtəlif beynəlxalq instansiyalarda bundan Azərbaycan əleyhinə istifadə edirlər. Necə deyərlər, Ermənistan təkcə torpağımıza deyil, tariximizə də göz dikib. Azərbaycan öz ərazilərini işğaldan azad etsə də, Ermənistanın tariximizə uzanan əlini tam kəsə bilməyib. Odur ki, indi əsas missiya məhz alimlərin, tarixçilərin üzərinə düşür. Onlar isbat etməlidirlər ki, Qarabağdakı qədim xristian məbədlərinin qriqoryan ermənilərə heç bir aidiyyatı yoxdur. Onlar bizim alban-qıpçaq irsimizin yadigarlarıdır.
Həmsöhbətim Ramin Əlizadə "Qarabağın alban-qıpçaq tarixinə dair" kitabın həmmüəllifidir. Kitabın üzərində onun və həmkarı Elnur Nəciyevin adı qeyd olunub. Ramin Əlizadə bildirir ki, bu kitabın hazırlanmasında çox böyük materiallardan istifadə olunub və səhifə sayı daha çox nəzərdə tutulubmuş:
Əlizadənin sözlərinə görə, kitab erməni müəlliflər tərəfindən Qarabağın ərazisindəki Alban kilsələrinin saxtalaşdırılmış, keçmiş sovet tarixşünaslığında Azərbaycana qarşı qərəzli mövqe tutan, siyasi konyuktura üzərindən tarixi tədqiqatlar aparan elmi müəssislər və onların yetişdirdiyi tədqiqatçıların mövqeləri qarısında əks-arqument kimi dayanır:
Tarixçi təssüflə qeyd edir ki, Ermənistan alimləri Avropa Şurasının layihələri əsasında Qafqaz Albaniyası ilə bağlı konfranslar keçirirlər:
Tarixçi onu da qeyd edir ki, qədim alban palimpsestlərinin araşdırması zamanı müasir dilimizdə istifadə olunan sözlərin eynisi ortaya çıxıb:
"Bu sözlərə misal olaraq "yeni", "qol", "güləşmək", "ürək" sözlərini qeyd edə bilərəm. Çox maraqlıdır ki, alban kilsələrini ifadə edən vəng sözü qədim pəhləvi sözüdür. Alban dilində gəlib çatan palimpsestlər əsasən İncil və duaların nümunələrindən ibarətdir ki, həmin palimpsestlərdə biz Qədim albanların dillərində olan türk sözlərinə rast gəlirik və bu təsadüfi sayıla bilməz. Kitabda bir çox maraqlı məsələlər işıq üzünə çıxarılıb".
Ancaq tarixçi təəssüf edir ki, uzun və gərgin araşdırmaların nəticəsi olaraq ortaya çıxan bu kitab başqa dillərə tərcümə üçün nəzərdə tutulmayıb. Bu isə Qafqaz Albaniyası ilə bağlı həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılması yolunda əngəldir. Nəticə etibarilə dünya albanlarla bağlı yalnız erməni müəlliflərin təqdim etdiyi menyunu qəbul edir. Bu boşluğu doldurmaq lazımdır.