RUSİYA

Zaxarova NATO ilə bağlı sözlərdən sonra Berboku xəritə və dərslik almağa çağırıb

“Tagesspiegel” daha əvvəl Berbokun müsahibəsində “Putinin məqsədi Ukraynanın suveren dövlət kimi məhv edilməsi və NATO-nu müharibəyə cəlb etmək idi və belə də qalır” söylədiyini yazmışdı.
Sputnik
BAKI, 30 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Annalena Berbokun Rusiya Prezidenti Vladimir Putinin guya NATO-nu münaqişəyə sürükləmək niyyətində olması ilə bağlı bəyanatlarını şərh edərək, ona xəritə və tarix dərsliyi almağı tövsiyə edib, həmçinin alyansın genişlənməni xatırladıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Tagesspiegel” daha əvvəl Berbokun “Funke” media qrupuna müsahibəsində “Putinin məqsədi Ukraynanın suveren dövlət kimi məhv edilməsi və NATO-nu müharibəyə cəlb etmək idi və belə də qalır” söylədiyini yazmışdı.
“Mən Berboka sual vermək istərdim: o bilmir ki, NATO dövlətlərini əhatə edən Rusiya bazaları deyil, NATO Rusiya Federasiyasının perimetri boyunca şərqə doğru genişlənir? Annalenaya xəritə, tarix kitabı və saqqız alın ki, o, bu cür cəfəngiyyatları az danışsın”, - diplomat bildirib.