SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: Rusiya sərhədçiləri Paşinyanın tələbi ilə Ermənistan sərhədində yerləşdirilib

Sergey Kopırkin qeyd edib ki, erməni tərəfi “Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini hüquqi cəhətdən legitimləşdirməyə cəsarət etməyib”.
Sputnik
BAKI, 30 mart - Sputnik. Ermənistan və Azərbaycan sərhədində Rusiya sərhədçilərinin müşahidə məntəqələri baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib. Bu barədə Rusiya səfiri Sergey Kopırkin İrəvanın 24News portalına müsahibəsində bildirib.
“Mən hələ 2020-ci ildə vəziyyətin sabitləşməsinə kömək etmək üçün baş nazirin (Nikol Paşinyanın) şəxsi xahişi ilə Rusiya hesabına Azərbaycanla sərhəddə yerləşdirilən bizim müşahidə postlarını xatırlatmaq istəmirəm”, - o, əlavə edib.
Kopırkin əlavə edib ki, erməni tərəfi “heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuni olaraq legitimləşdirməyə cəsarət etməyib”.