RUSİYA

Rusiya gələn il Qvineyaya ərzaq yardımını davam etdirəcək

Rusiya, həmçinin BMT-nin İnkişaf Proqramı kimi beynəlxalq təşkilatlar vasitəsilə akvakultura və ya qadın sahibkarlığının inkişafına dəstək layihələrini maliyyələşdirməklə Qvineyaya kömək edir.
Sputnik
BAKI, 30 mart — Sputnik. Qvineya 2024-cü ildə Rusiyadan iki milyon dollarlıq ərzaq yardımı alacaq.
Bunu Rusiyanın Afrika ölkəsindəki səfiri Aleksey Popov bildirib.
"2023-cü ildə Rusiya Qvineyaya iki milyon dollarlıq ərzaq yardımı bağışlayıb. Biz bu məhsulların bu il çatdırılmasını gözləyirik" - səfir "Guinee Matin"ə müsahibəsində deyib.
Popovun sözlərinə görə, Rusiya, həmçinin BMT-nin İnkişaf Proqramı kimi beynəlxalq təşkilatlar vasitəsilə akvakultura və ya qadın sahibkarlığının inkişafına dəstək layihələrini maliyyələşdirməklə Qvineyaya kömək edir.
Popov əlavə edib ki, Rusiya qeyri-hökumət təşkilatları da Qvineyaya dərman, ərzaq, geyim və məktəb ləvazimatları verməklə yardım edir.