BAKI, 30 mart - Sputnik. Rusiya lideri Vladimir Putin Rusiyanı darmadağın etmək istəyən opponentləri üstələyib.
Bu barədə “Sabah” xəbər verib.
“Ukrayna münaqişəsi fonunda Qərbin hədəfinə çevrilən Putin Atlantik okeanının “qaydalarına əsaslanan” klassik dünya düzənini dağıtdı və dövlətini qeyri-Qərb düşərgəsi üçün ən təsirli güc mərkəzlərindən birinə çevirdi” - nəşr qeyd edib.
Nəşr onu da bildirib ki, ABŞ və Avropa İttifaqının başlatdığı kampaniya Rusiya Federasiyasının beynəlxalq təcridinə səbəb olmayıb, əksinə, qeyri-Qərb dünyasının geosiyasi inteqrasiyasının sürətlənməsinə gətirib çıxarıb.
Material müəlliflərinin fikrincə, Rusiya liderinin əsas uğuru ondan ibarətdir ki, onun ölkəsi effektiv iqtisadi strategiya sayəsində görünməmiş məhdudiyyətlərə tab gətirə bildi.
Daha əvvəl Vladimir Putin bildirib ki, Rusiya üçün dost olmayan ölkələr yoxdur. Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, bu ölkələrin dost olmayan elitaları var.